"Qanunsuz məskunlaşma Ermənistanın məkrli planının növbəti mərhələsidir"
Azərbaycanın ərazilərini işğal etməklə beynəlxalq hüququn normalarını pozan təcavüzkar Ermənistan hökuməti məkrli siyasətindən əl çəkmir. Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, son günlər sosial şəbəkələrdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən video görüntülər qeyri-qanuni məskunlaşdırma siyasətini təsdiq edir:
"İşğalçı Ermənistan illərdir azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti aparır, təcavüzkar hökumətin silahlı qüvvələrinin bölmələri hər gün atəşkəs rejimini pozur, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən ölkəmizin müxtəlif istiqamətlərini atəşə tutur. Belə olduğu halda Dağlıq Qarabağda Livan ermənilərinin qanunsuz məkunlaşdırma siyasəti təcavüzkar Ermənistan hökumətinin rəhbərliyinin həm iqtisadi, həm də hərbi cəhətdən onlardan üstün olan Azərbaycan dövlətinə qarşı hazırlanan məkrli planın növbəti mərhələsi kimi qiymətləndirilməlidir.
2016-cı ilin Aprel döyüşləri, həm də bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ölkəmizin gücünün, xalqımızın birliyinin şahidi oldu. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətdən narahat olan Ermənistan hökuməti işğalçılıq siyasətinin həyata keçirmək üçün gecə-gündüz yollar axtarır. Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən işğalçı Ermənistan hökuməti yenə də öz çirkin məqsədlərinin həyata keçirmək üçün tam səfərbər oldu. Azərbaycanın əzəli-əbədi torpaqlarında ermənilərin sayını süni şəkildə artırmaqla ərazilərin etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək kimi niyyətləri işğalçı Ermənistanın faşizm ideologiyasına kökləndiyinin bariz göstəricisidir.
Heç kəsə sirr deyil ki, işğalçı Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları avantürüst siyasətinin qurbanına çevrəcək, onları silahlı muzdlular kimi də istifadə edəcək. Beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə kəskin şəkildə münasibət göstərilməməsi təəssüf doğurur. Azərbaycanın tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşma siyasətinin həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxara bilər.
Yağlı vədlərə aldanaraq Azərbaycanın işğal edilmişl torpaqlarına köçürülən xarici vətəndaşlar Ermənistanın işğalçılıq siyasətin nəticə verməyəcəyini görməli və bilməlidilər ki, tezliklə işğal altında olan Azərbaycan torpaqları azad ediləcək və o torpaqların əsl sahibləri əzəli-əbədi torpaqlarına qayıdacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)





