Siyasət

Ermənilərin Tovuzda törətdikləri təxribatla bağlı cinayət işi davam etdirilir

28 Avqust 2020 11:40
Baxış: 984

İyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində Erməistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Milli.Az Trend-ə istinadən bldirir ki, bu barədə Baş Prokurorluğun keçirdiyi sual-cavab sessiyasına bildirilib.

Xatırladaq ki, bu il iyulun 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində təxribat törədilib. İyulun 17-dək davam edən təxribat nəticəsində Tovuzda 35 evə ciddi ziyan dəyib, 1 nəfər mülki şəxs qətlə yetirlib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.