Siyasət

Neboyşa Stefanoviç: "Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

11 Avqust 2020 12:19
Baxış: 692

Biz əməkdsaşlığımızın mərkəzinə olan bütün məsələləri müzakirə etdik və ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş zamanı bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanıb: "Düşünürəm ki, bu, münaqişə ilə üzləşən ölkələrin gələcəyi üçün vacibdir və hər iki ölkənin marağındadır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.