Nikol Paşinyan və Qərbçi komandası çıxılmaz vəziyyətdədir: “Sorosun uşaqları” iflas edir
İşğalçı Ermənistanın təxribatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini pozmaq cəhdləri açıq şəkildə özünü göstərməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyanın konfliktin həlli istiqamətində Azərbaycana qarşı irəli sürdüyü 7 təklif var ki, rəsmi İrəvan həmin təkliflərin heç birinin Bakı tərəfindən qəbul edilməyəcəyini yaxşı bilir. Ermənistanın rəhbərliyində olan, siyasi aləmdə "Sorosun uşaqları" adlandırılan Nikol Paşinyan və onun virtual Qərbçi komandası sərsəm bəyanatlar, təkliflər verməklə, əslində sülhdə maraqlı olmadıqlarını bir daha göstərməkdədirlər.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" proqramında Soros Fondundan maliyyələşən Paşinyanın qəbuledilməz təklifləri, İrəvanın məqsədi, belə təkliflərin səbəbləri müzakirəyə çıxarılıb. "Hədəf"in qonaqları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov və politoloq Zaur Məmmədov düşmənin təxribatları, Ermənistan idarəçilərinin avantürist açıqlamaları haqqında fikirlərini bildiriblər. Analitiklərin ortaq fikri bundan ibarətdir ki, Soros Fondunun dəstəyi ilə "inqilab" edib hakimiyyətə gələn Nikol Paşinyan nə daxili, nə də xarici siyasətdə uğur qazana bildi. Ermənistan daxilindəki sosial çətinliklər, problemlərin öhdəsindən hakimiyyətin gələ bilməməsi və xarici ölkələrlə münasibətlərin pozulması, xüsusən də Rusiya ilə münasibətlərdəki gərginlik, "Sorosun uşaqları"nın iflası ilə nəticələnir. Daxili problemlərdən fikri yayındırmaq məqsədiylə rəsmi İrəvan Azərbaycanla sərhəddə təxribatlara əl atır. Verilişdə o da qeyd olunub ki, təxribatına növbəti dəfə cavab alaraq məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq yazıq obrazında xaricdən yardım dilənməyə başlayıb. Amma nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlar nə Paşinyanı, nə də ki onun komandasını ciddi qəbul edirlər.
"Hədəf" verilişini tam şəkildə "YouTube" kanalımızdan https://www.youtube.com/watch?v=a-nhPMjVFu8 izləyə bilərsiniz.
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi - Trend.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





