Siyasət

Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun sədri daha bir bəyanat yaydı

18 İyul 2020 16:06
Baxış: 1 073

Avropa Parlamentində (AP) Azərbaycanın Dostları Klubunun sədri, AP-nin Latviyalı deputatı Andris Ameriks Azərbaycan-Ermənistan sərhədində baş vermiş erməni təxribatı ilə bağlı Bəyanat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bəyanat Avropa Parlamenti üzvünün "Twitter" səhifəsində yayımlanıb.

Deputat A.Ameriks sərhəddə baş verən qarşıdurma ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib və həlak olanların ailələrinə başsağlığı ifadə edib.

AP üzvü tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk Qrupu çərçivəsində substantiv danışıqları davam etdirməyə çağırıb.

O, öz Bəyanatında Avropa Parlamentinin məlum Qətnamələrinə istinad edərək bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini vurğulamaqla münaqişənin yalnız dinc yolla həllinin mümkünlüyünü bəyan edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.