Prezident İlham Əliyev: Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik
"Xarici İşlər Nazirliyində müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir".
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.
Dövlət Başçısı bildirib:
"Bu gün mən sizi Xarici İşlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində.
Bununla bərabər, Azərbaycanın xarici siyasəti ilə bağlı mənim tərəfimdən dəfələrlə əsas istiqamətlər müəyyən edilmişdir və bu haqda açıqlamalar verilmişdir. Bizim xarici siyasətimiz açıqdır. Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Hesab edirəm ki, son illərdə Azərbaycan bu sahədə böyük uğurlar əldə edib. Azərbaycan dünya birliyinin ləyaqətli üzvüdür. Dünyada bizə olan hörmət artmaqdadır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləm tərəfindən göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür. Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır. Təsadüfi deyil ki, bu gün bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür.
Əlbəttə ki, xarici siyasətlə bağlı əsas istiqamətləri mən bu gün bir daha qeyd edəcəyəm. Amma ondan əvvəl demək istəyirəm ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək





