"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"
"Cənab prezident son 10 il ərzində deyə bilərik ki, turizmi prioritet elan edib və öz diqqətində saxlayır. Bu istiqamətdə də çox böyük işlər görülüb".
Bunu Milli.Az-a açıqlamasında turizm eksperti Ruslan Quliyev ötən gün Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransı şərh edərkən deyib.

O bildirib ki, dünənki videokonfrans da bir daha göstərdi ki, ölkə rəhbərliyi bilavasitə turizmi diqqət mərkəzində saxlayır, turizmçilərin yanındadır:
"Prezident 2016-cı ildən başlayaraq silsilə fərmanlar, strateji yol xəritələrinin təsdiqi və s. qərarları ilə turizmin ən çox prioritet istiqamət və starteji əhəmiyyətli, Azərbaycan üçün labüd və zəruri olan bir sahə kimi qiymətləndirib. Əlbəttə, dünənki videokonfrans da bir daha göstərdi ki, ölkə rəhbərliyi bilavasitə turizmi diqqət mərkəzində saxlayır, turizmçilərin yanındadır. Həqiqətən də Prezident İlham Əliyevin elə 19 mart tarixindəki fərmanı, ondan sonra imzaladığı silsilə fərmanlar, kompensasiyalarla bağlı müxtəlif təşviq siyasətinin həyata keçirilməsi, kreditləmşə ilə bağlı tədbirlər planında 1.8-ci maddəsində də daxili turizmin inkişafı məsələsi gündəmdədir. Bu fərmanlar belə bir dönəmdə sahibkarlıq subyektlərini özlərini ayaqda tutması üçün çox böyük bir dəstək oldu. Bu il əsas məsələ təhlükəsizlik məsələsidir. İlkin etapda Azərbaycan çox böyük bir təcrübəyə imza atdı. Yardım alan ölkə deyil, yardım verən ölkə siyahısında və nümunəvi ölkələr siyahısında yer aldı. ÜST-ün açıqlamalarında da bu öz əksini tapır".

Ekspert pandemiya dövründə ilkin etapda daxili turizmin, regional turizmin inkişaf etdirilməsini vacib məsələ hesab edib:
"Bir faktı da qeyd etmək lazımdır ki, bu gün postpandemiya dövründə turizmdən danışırıq. İlkin etapda daxili turizmin və regional turizmin inkişaf etdirilməsi vacib məsələdir. Pandemiya zəiflədikcə sərhədlər açılacaq və sonrakı etapda da qonşu dövlətlərə səyahətlər təşkil olunacaq. Hər bir halda biz postpandemiya dövrünə hazırlaşmalıyıq. Yeni proqramların işlənib hazırlanması, yeni çalarlarda həyata keçirilməlidir.
Daxili turizmin inkişafını şərtləndirən amillər nədir?
1. Daxili turizmin inkişafı ilə bağlı dövlətin antiinhisar fəaliyyətlərinin genişləndirilməsi.
2. Daxili turizm sahəsində yerli mütəxəssislərin təcrübəsinin o qədər də qənaətbəxş olmaması ilə əlaqədar, bütün turizmə aidiyyəti olan təhsil müəssisələrində və xüsusi turizm treninq proqramlarında yeni modulların tətbiqi
3. Şəfaflığın, hesabatlılığın, moritorinqlərin təmin olunması üçün ictimai şuraların yaradılması
4. Daxili və gəlmə turizmin inkişafına dəstək məqsədi ilə Turizmə Dəstək Təşviq Fondunun yaradılması
5. Bölgələrdə fəaliyyət göstərən turizm təsisatlarına differensial verginin tətbiq olunması
İnanırıq ki, postpandemiya dövründə yeni bir mərhələnin başlanğıcı olacaq. Hər şey əvvəlki kimi təbii ki, olmayacaq. Burada səhman standartlarının tətbiq olunması, Azərbaycan turizm bazarının daha rəqabətqabiliyyətli olması üçün təhlükəsizlik dəhlizlərinin yaradılması, daxili turizmin şaxəli inkişafı - bura sağlamlıq turizmi, aqro və eko turizm imkanlarının dəyərləndirilməsi çox vacibdir. Qlobal hal alan COVİD-19 virusu dünya həyatını, iqtisadiyyatını böyük bir təhdid altında saxlayır və təbii ki, turizm iqtisadiyyatına da bunun təsirləri həddindən artıq çoxdur. Demək olar ki, koronavirus turizmi sıfır halına gətirib çıxarıb. Lakin cənab Prezidentin bu videokonfransdakı fikirlərini biz bir proqram xarakterli qəbul edirik. Onun tezislərində də pandemiya dövrünə baxmayaraq bir ümid işığı yandı".
Təhməz Təkin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir
-
İraq Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib
-
Prezident İlham Əliyev Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
XƏBƏR LENTİ
-
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
-
Qatıqlı keks resepti
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər





