"Avropa Şurası beynəlxalq təşkilatlar içərisində ən qərəzli, ən qeyri-obyektiv təsisatlardan biridir"
Avropa Şurası beynəlxalq təşkilatlar içərisində ən qərəzli, ən qeyri-obyektiv təsisatlardan biridir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu təşkilat insan hüquqlarının qorunmasını öz fəaliyyətinin prioritet istiqaməti hesab etməsinə baxmayaraq, heç də bu prinsiplərin əsas meyar olduğunu nümayiş etdirə bilmir:
"Xüsusilə, ayrı-ayrı ölkələrə münasibətdə ikili yanaşmalar sərgiləyərək subyektiv qərarlar qəbul edir. Bu qərarlar bəzən o dərəcədə qərəzli olur ki, bunu yalnız qarayaxma hesab etmək olar. Təəssüf ki, Azərbaycana münasibətdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) daim qərəzli olub. Ölkəmizdə baş verən demokratik-siyasi proseslərə həmişə qara eynəklə baxıb. Hətta bir çox hallarda işğalçı Ermənistanı dəstəkləməklə demokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik edib.
Halbuki, beynəlxalq universal hüquq və ondan doğan insan hüquq və azadlıqlarının qorunması Avropa Şurasının fəaliyyətinin əsas qayəsini təşkil etməlidir. Əgər belə olmasaydı, bu ilin mart ayının 31-də qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi saxta "seçkilər"ə özündə cəsarət tapıb ədalətli qiymət verməyi bacarardı. Ancaq AŞ PA bunu etmədi. Çünki daim ermənipərəst, islamafob mövqedən çıxış edir".
Deputat vurğulayıb ki, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlər qondarma rejimin saxta "seçki" şousunu tanımadıqlarını bəyan etsələr də, AŞ PA bu barədə heç bir mövqe bildirmədi.
Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur. Tam əksinə, onun qərəzli və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bir təşkilat olması rəyi mövcuddur. Bu da, əlbəttə, səbəbsiz deyil. Çünki hamı açıq şəkildə görür ki, AŞ PA içərimizdə olan 5-ci kolona dəstək verir. Bütün hesabatlarını onların verdiyi yalan məlumatlar əsasında hazırlayır. Azərbaycanın demokratik və hüquqi dövlət imicinə zərbə vurur. Bununla da birbaşa və dolayısıyla işğalçı Ermənistana beynəlxalq ictimai rəydə dəstək vermiş olur. Halbuki, dünyada insan hquq və azadlıqlarının ən çox pozulduğu, parlamentin gülləbaran edildiyi, terrorun dövlət siyasəti halına gətirildiyi ölkə, Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox insanı qaçqın və məcburi köçkün halına salaraq onların təməl hüquqlarını pozan Ermənistandır".
H.Babaoğlu əlavə edib ki, Ermənistan dövlət deyil, yaxşı təşkilatlanmış terror təşkilatıdır: "Ancaq Avropa Şurası bütün bunları görmür. Azərbaycana gəldikdə isə heç bir əsası olmayan qərəzli qərarlar qəbul edir, insan hüquqlarının pozulduğunu iddia edir. Ona görə də AŞ PA-nın ölkəmizlə bağlı qəbul etdiyi hər hansı qərar qərəzli və yalan olduğu üçün adi kağız parçası qədər dəyərsizidir.
Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı söylədiyi nitqində bir daha diqqəti AŞ PA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə çəkməklə bu təşkilatın yarıtmaz fəaliyyətinə obyektiv qiymət vermiş oldu. Düşünürəm ki, bu, bir daha kimin kim olmasını, milli maraqlarımıza qarşı kimin qərəzli mövqe tutduğunu dərk etməmiz baxımından olduqca vacib idi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
XƏBƏR LENTİ
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı





