Siyasət

Hikmət Hacıyev: Xaricdə olan azərbaycanlıların öz qərarları ilə sərhəd məntəqələrinə gəlməsi məqbul deyil

13 May 2020 18:21
1 Şərh     Baxış: 946

"Xaricdə olan Azərbaycan vətəndaşlarının öz qərarları əsasında sərhəd məntəqələrinə gəlib toplaşması məqbul deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, xaricdə, o cümlədən Rusiyada olan vətəndaşlarımız növbəli şəkildə ölkəyə gətiriləcək. Yəni, ölkədaxili karantin imkanları yol verdiyi qədər vətəndaşların ölkəmizə gətirilməsi təmin edilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bildirib ki, Rusiyada olan vətəndaşlarımız "Evə gedirəm" portalında qeydiyyatdan keçdikdən sonra öz növbələrini gözləməlidirlər: "Qeydiyyatdan keçdikdən sonra növbəsi çatmadan sərhədə getmək məqsədəuyğun deyil. Vətəndaşlarımızdan xahişimiz odur ki, portalda qeydiyyatdan keçdikləri halda olduqları yerdə qalsınlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.