"Ermənistan mehriban qonşuluq şəraitində yaşamaq istəyirsə COVİD-19 yaxşı bir fürsətdir"
"BMT baş katibinin qlobal atəşkəsin elan olunması ilə əlaqədar açıqlamaları vardır və ümumiyyətlə qlobal pandemiya şəraitində qlobal sülhə olan çağırışları da Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən tədbirlər əsnasında qəbul olunmuş bəyanatlarda da öz əksini tapıb".
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində deyib.
O, Ermənistanı COVİD-19 virusu ilə bağlı yaranan mühitdən istifadə edərək qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa çağırıb:
"Təbii ki, münaqişəyə Ermənistan Azərbaycan Dağlıq Qarabağ kontekstində baxdıqda, Ermənistan tərəfi bu məsələdə də siyasi möhtəkirliyə və münaqişənin həlli proseslərini təhrif etməyə çalışır. Onlar həmçinin, COVİD-19 mövzusunu da siyasi möhtəkirlik obyektinə çevirməyə çalışırlar. Amma onu da qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyətin müraciəti bundan ibarətdir: COVİD-19 da işğallara, təcavüzlərə son qoyulması üçün münbit bir zəmindir və dövlətlərin üzərinə zəruri bir öhdəlik qoyur. Məhz bu amaldan da çıxış edərək Ermənistan respublikası da əgər öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu və qonşu dövlətlərlə mehriban qonşuluq şəraitində yaşamaq istədiyini nümayiş etdirmək istəyirsə, COVİD-19 yaxşı bir fürsətdir. Ermənistan özünün işğalçı siyasətinə son qoysun, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarsın və nəticə etibarı ilə də azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququ təmin edilsin".
Təhməz Təkin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi





