Siyasət

Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələri ilə viza rejiminin liberallaşdırılması məsələsinə aydınlıq gətirdi

12 May 2020 11:37
Baxış: 816

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğurlu icrasının, eləcə də təhlükəsiz və yaxşı idarə olunan mühitdə hərəkətliliyi təmin etmək məqsədilə viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlərin zəruriliyini vurğulayır.

Milli.Az xəbər verir ki, bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.

Qeyd olunur ki, Avropa İttifaqına səfərlər üçün vətəndaşlarına viza tələb olunan ölkələrlə viza rejiminin liberallaşması barədə yeni dialoqların başlaması imkanı viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlərin məqbul icrası şərti ilə uyğun zamanda nəzərdən keçiriləcək:

"Avropa Şurası viza rejiminin dayandırılması mexanizmi ilə bağlı qarşılıqlı səmərə və öhdəliklər barədə xatırladır və qeyd edir ki, "Şərq tərəfdaşlığı" proqramının bəzi ölkələrinin vətəndaşlarının Aİ ölkələrində sığınacaq verilməsi barədə çoxlu sayda əsassız müraciətləri narahatlıq doğurur".

Qeyd edək ki, "Şərq tərəfdaşlığı" keçmiş SSRİ-nin altı ölkəsi: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanla Aİ-nin inteqrasiya əlaqələrinin inkişafı məqsədi daşıyan proqramdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.