Siyasət

Milli Məclis Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərib

17 Aprel 2020 11:23
Baxış: 772

Milli Məclis Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma "seçkilər"ə münasibət bildirmədiyinə görə Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, AŞPA-nın bu qondarma "seçkilərə" münasibət bildirməməsi təəssüf doğurur.

S.Qafarova həmçinin anti-milli qüvvələri tənqid edib. O qeyd edib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.