Siyasət

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

8 Aprel 2020 19:19
Baxış: 644

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

Azərbaycan və İran XİN başçıları koronavirus pandemiyası ilə mübarizə məsələsini müzakirə ediblər və bu mübarizədə həmrəy olduqlarını ifadə ediblər. 

İran XİN başçısı ölkəsinin pandemiya ilə mübarizə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulayıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.