"Koronavirusla mübarizədə dövlət qabaqlayıcı tədbirləri vaxtında görməklə təhlükənin böyüməsinin qarşısını aldı"
Koronavirusla mübarizədə dövlət qabaqlayıcı tədbirləri vaxtında görməklə təhlükənin böyüməsinin qarşısını aldı.
Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Sona Əliyeva deyib.
S.Əliyeva vurğulayıb ki, vətəndaşlarımız başa düşməlidir ki, kornavirus pandemiyası dünyaya "müharibə" elan edib:
"Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altlndadır. Səhiyyəsi inkişaf etmiş ölkələr belə bu pandemiya ilə bacara bilmirlər. Bu ölkələrdə xəstəxanalar doludur. Həkim çatışmazlığı var. Dünya ölkələri onlara yardım göndərirlər. Bu amansız virus əsasən yaşlı insanları hədəf alan bir düşməndir. Hətta immuniteti zəif olan orta yaşlı və gənclər də bu virusun qurbanı olurlar. Hər gün onlarla, yüzlərlə adam bu virusa yoluxur. Ölənlərin sayı da durmadan artır. Bizdə cəmi beş nəfər dünyasını dəyişib. Sağalanlar isə bundan beş-altı dəfə çoxdur. Unutmayaq ki, hazırda vəziyyət ən pis ssenari üzrə davam edir"
Politoloq bildirib ki, Azərbaycan vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara əməl etməlidirlər:
"Təəssüf ki, bəzi hallarda insanlar özlərinin və doğmalarının həyatlarına çox biganə yanaşırlar. Bu virusun qarşısı alınmazsa, o zaman xəstəxanalarımız, həkimlərimiz də yoluxan şəxslərə bir çarə tapa bilməyəcək. Çünki ölkədə 85 minə yaxın həkim və tibb bacısı personalı var. Vəziyyət daha da ciddiləşərsə, onlar da çətin duruma düşəcəklər. Hər bir vətəndaş karantin rejiminə ciddi əməl etməli, evdən bayıra çıxmamalıdır. Bir nəfərin yoluxması çevrəsindəki, təmasda olduğu bütün insanları, doğmalarını da bu bəlaya sürükləyə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Bunu mənə deyənlər indi TikTok-da yemək bişirib satır"
-
Qarpızlar qəfildən köpüklənir: Səbəbi bəlli oldu
-
Dərin hislər bəsləyən kişilərin etdiyi 7 şirin davranış
-
DÇ-2026: İspaniya dünya çempionu oldu
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub
-
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
-
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
-
Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)
-
Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
-
Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
-
Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)
-
Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
"Yeni oxuyan tapıb, ona görə məni atıb" - Nadir Qafarzadə
-
DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
-
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir





