XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək
Xarici İşlər Nazirliyi (XİN) və onun nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" tərəfindən ilk dəfə olaraq aprelin 16-dan 18-dək onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək.
XİN-dən Milli.Az-a verilən məlumata görə, təlim Azərbaycan Respublikasının 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində keçirilən silsilə tədbirlərdən biri olub gənclər arasında bu mötəbər qurumla bağlı məlumatlılığın artmasına xidmət edir.
Ölkəmizdə 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar olaraq, layihə ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və ya hərəkatlarında iştirak edən könüllüləri əhatə edəcək. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada COVID-19 pandemiyasının elan olunduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına müvafiq olaraq layihə "evdə qal" ictimai kampaniyasına dəstək məqsədilə onlayn platformada keçiriləcək.
Layihə çərçivəsində iştirakçılara dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına üzv dövlətlərin rəsmi nümayəndəsi rolunda çıxış etmək, həmin dövlətləri Hərəkatın ən ali toplantısı olan Dövlət və Hökumət Başçılarının Zirvə görüşünün canlandırılacağı simulyasiyada təmsil etmək imkanı yaradılacaq.
Simulyasiyada iştirak üçün lazım olan hazırlıq və bacarıqlar üzrə təqdimatlar aprelin 13-dən 15-dək onlayn əsasda keçiriləcək seminar zamanı Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən iştirakçılara təqdim olunacaq.
Seminar zamanı iştirakçılar Qoşulmama Hərəkatının fəaliyyəti, diplomatik yazışma qaydaları, beynəlxalq danışıqlar və qətnamə layihələrinin mətnlərinin razılaşdırılması təcrübəsi daxil olmaqla bir sıra mövzular üzrə məlumatlandırılacaqlar.
Layihə 18-29 yaş arasında olan, yüksək İngilis dil bilgisinə malik könüllülər üçün nəzərdə tutulub. İştirakla bağlı tələblərə dair ətraflı məlumatlar https://namazerbaijan.org/events keçidi vasitəsilə əldə edilə bilər. Müraciətlərin qəbulu bu ilin 5 aprel tarixinədək davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)





