Siyasət

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i pisləyib

30 Mart 2020 14:56
Baxış: 987

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyasının sədri Əli Nəvaz Çouhan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionunda keçiriləcək qondarma "parlament və prezident seçkiləri"ni pisləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın İslamabaddakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Komissiya sədri bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında qondarma "seçkilər" keçirməsi beynəlxalq normalara ziddir:

"Mən 2020-ci il martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal etdiyi Dağlıq Qarabağ regionunda yaradılmış qanunsuz rejimin qondarma "parlament və prezident seçkiləri"nin keçirilməsini qətiyyətlə pisləyirəm. Mən Azərbaycana dəstək olaraq Pakistan hökumətinə və BMT-yə qoşuluram. Həmçinin, Ermənistanın Xocalıda Azərbaycanın mülki sakinlərinə qarşı törətdiyi soyqırımı aktını bir daha pisləyirəm. Ermənistan öz təcavüzünə və soyqırımına görə məsuliyyət daşıyacaq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.