Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik
Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona "Çox sağ ol!" deyirik
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də açılışı baş tutan "Yeni klinika" tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra xəstəxananın kollektivi ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona "Çox sağ ol!" deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!" şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib
-
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - (FOTO)
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinə dair parlament komissiyasının rəsmi bəyanatı
XƏBƏR LENTİ
-
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
-
Trampdan İrana növbəti təhdid: 'Başlarına bomba yağdıracağam'"
-
Elgiz efirə qayıdır - Özü açıqladı
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
-
Bloqer Ayselin səhhəti pisləşdi, vəziyyəti yaxşı deyil - FOTO
-
İmdad Əlizadə "Ölkə.az" saytının baş redaktoru təyin edildi
-
"Real" portuqaliyalı ulduzu transfer etdi
-
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib
-
Mehmet Ali Erbil haqqında yeni iddia: 21 yaşlı qızı iş bəhanəsi ilə evinə çağırıb
-
Medinanın yeni klubu bəlli oldu - Yenilənib
-
Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"
-
İyunun 14-də keçirilən magistratura imtahanının nəticələri elan olundu
-
“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi bəlli oldu
-
“Qarabağ” "Vestri"ni keçsə, bu komandalardan biri ilə qarşılaşacaq
-
Əməkdar artist tərzi ilə diqqət çəkdi - (Video)
-
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib
-
Faciəvi motosiklet və moped qəzalarının arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA
-
Köç karvanı Şükürbəyli kəndinə çatıb - Yenilənib
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 21-24 dərəcə isti təşkil edəcək
-
Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək
-
Türkiyədə müəllim "Netflix"dən 2 milyon lirə təzminat aldı - (Video)
-
Əhmədlidə açıq ərazidəki yanğın söndürüldü - Yenilənib
-
Xalq artisti: "Röya mütləq tarixdə qalacaq" - (Video)
-
Fərhad Mehdiyevın qızının həlak olduğu qəzanın görüntüləri





