Əli Əhmədov: "Koronavirusla mübarizədə hər kəs həmrəylik nümayiş etdirməlidir"
Yeni Azərbaycan Partiyasının (YAP) könüllüləri Prezident İlham Əliyevin koronavirusla mübarizə çağırışına qoşularaq, aksiyaların həyata keçirilməsində iştirak edirlər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Ə.Əhmədov bildirib ki, YAP ölkəmizdə koronavirusun qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərin müsbət nəticə verməsi üçün öz töhfələrini verməyə çalışır.
Baş nazirin müavini vurğulayıb ki, bu məsələdə hər kəs həmrəylik nümayiş etdirməlidir:
"Biz bütün səylərimizi birləşdirərək dünyanı lərzəyə salan koronavirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik".
Ə.Əhmədov xatırladıb ki, Prezident İlham Əliyev karantin rejimi ilə əlaqədar olaraq, köməyə və dəstəyə ehtiyacı olan vətəndaşlara yardım etmək məqsədilə könüllülərin xidmətinin fəallaşmasının vacib olduğu fikrini bildirmişdi: "Yeni Azərbaycan Partiyasının könüllüləri də ölkə başçısının bu çağırışına qoşularaq, aksiyaların həyata keçirilməsində iştirak edirlər".
YAP rəsmisi qeyd edib ki, bu günə qədər YAP könüllüləri 2500 köməyə və dəstəyə ehtiyacı olan, tənha yaşayan insanlara yardımlar çatdırıb.
Ə.Əhmədov əlavə edib ki, YAP könüllüləri karantin rejimi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə ahıl, yaşlı və tənha yaşayan insanlara dəstək göstərilməsi ilə əlaqədar da aksiyaya başlayıb: "Bu aksiyaya YAP-ın Bakı şəhəri üzrə 200-dən çox, bütövlükdə Azərbaycan üzrə 550-dən çox könüllüləri səfərbər olub".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun





