İdman

Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)

24 Sentyabr 2026 07:30
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışı yaxınlaşdıqca Bakıda həyəcan daha da artır. Yarış həftəsonunun ilk günlərindən etibarən azarkeşlər üçün fərqli fəaliyyətlər təşkil olunur. Onlardan biri də azarkeşlərin Formula 1 dünyasına dahada yaxınlaşdıran ənənəvi "Pit" zolağı gəzintisidir. 

Azarkeşlər "Pit" zolağı boyunca hərəkət edib, komandalarınqarajlarının qarşısından keçib və bolidlərin yarışa necəhazırlandığını yaxından izləyib. Ferrari, Red Bull Racing, Mercedes və digər komandaların qarajları azarkeşlər tərəfindənən sevilən dayanacaqlardan olub. Bolidlərə yaxından baxmaq, pilotlarla görüşmək və onlarla şəkil çəkdirmək gəzintinin ən çoxmaraq doğuran məqamları arasında yer alıb. 

Bu müddətdə "Pit" zolağında həyat öz axarı ilə davam edib. Mühərrik səsləri, mexaniklərin işi və qarajlardakı hazırlıqyarışın başlanğıcına sayılı saatlar qaldığını hiss etdirib. Azarkeşlər isə bütün bu prosesləri bir neçə metr məsafədənizləyərək Formula 1-in trekdən kənardakı tərəfini də görüblər. 

Böyük coşqu ilə keçən Pit zolağı gəzintisindən azarkeşlər xoştəəssüratlarla ayrılıblar. Hazırda isə diqqətlər Bakı ŞəhərHalqasındakı əsas mübarizəyə yönəlir. 

Qeyd edək ki, Bakı bu il Formula 1 yarışına 10-cu dəfə evsahibliyi edir. Yubiley Azərbaycan Qran-Prisi 24-26 sentyabrtarixlərində keçiriləcək. 

Müəllif: Tural Hüseyn

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.