Siyasət

“Azadlıq” bloku kütləvi aksiya keçirmək üçün müraciət edib

19 Aprel 2010 12:41
Baxış: 249
"Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Trend-ə bildirib ki, aksiyanın keçirilməsinə müvafiq yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edilib. Əli Əliyevin sözlərinə görə, aksiyanın şəhərin mərkəzində keçirilməsi üçün bir neçə yer də göstərilib: "Aksiyada sərbəst toplaşmaq azadlığı sahəsində mövcud olan problemin aradan qaldırılması, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tələblərin irəli sürülməsi nəzərdə tutulur".
Partiya sədri bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin razılığından asılı olmayaraq, onlar aksiyanı keçirməyə cəhd edəcəklər.

"Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası bir müddət əvvəl kütləvi aksiyaların keçirilməsi haqda qərar verib. Blokda təmsil olunan Vətəndaş və İnkişaf, eləcə də Liberal partiyaları da aksiyalara dəstək vermək niyyətindədirlər.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.