Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham ƏLİYEV dedi:
- Çox maraqlı xatirə hədiyyələrinizə görə sizə təşəkkür edirəm. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində mütəmadi keçirilən nazirlərin toplantısında bizimlə birlikdə olduğunuza görə təşəkkür edirəm. Sizin şəxsən iştirakınız çox mühümdür. Bu, Böyük Britaniya hökumətinin bu mühüm layihənin icrasına davamlı dəstəyini nümayiş etdirir. Bu, həmçinin ölkələrimiz arasındakı uzunmüddətli tərəfdaşlığı nümayiş etdirir. Bildirmək istərdim ki, ötən görüşümüzdən bəri layihənin gedişatı ilə bağlı mühüm irəliləyiş qeydə alınıb. Biz TANAP-ı Türkiyə-Yunanıstan sərhədinə çatdırdıq. Bu, Cənub Qaz Dəhlizinin icrasında mühüm mərhələ idi. Düşünürəm və ümidvaram ki, növbəti dəfə - gələn ilin fevralında Bakıda görüşəndə biz layihənin tamamlanması barədə məlumat verəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq. Çünki zənnimcə, tikintinin yekunlaşması, əlbəttə ki, mühüm mərhələ olmaqla yanaşı, eyni zamanda, yeni imkanlar açacaq.
Mən, həmçinin sizin şəxsən verdiyiniz töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin şadam ki, neft-qaz sektorunda böyük şirkətlərin bir qismi indi kiçik və orta sahibkarlıq müəssisələri ilə çox mühüm əməkdaşlıq mərhələsinə qədəm qoyur. Bu da bizim hökumətimiz üçün prioritet təşkil edir. Çünki biz Azərbaycan üçün dayanıqlı inkişafı təmin etmək istəyirik və bizim iqtisadiyyatımızın gələcəyi əhəmiyyətli dərəcədə sahibkarlıqdan, kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyətindən və islahatların davam etdirilməsindən asılı olacaq. Ona görə də neft-qaz sektoru yalnız bizim islahatlarımızı lazımi vəsaitlə dəstəkləyən sektor olacaq və biz bu vəsaiti insan kapitalına yönəltməyə, həmçinin özəl sektoru dəstəkləməyə davam edəcəyik. Bir daha xoş gəlmisiniz.
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçiriləcək nazirlərin altıncı toplantısının əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi və bu istiqamətdə əlaqələrimizin inkişafında BP-nin rolu xüsusi vurğulandı, əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycanda aparılan islahatların iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirildi.
Görüşdə kiçik və orta sahibkarlığın inkişafı, alternativ enerji, innovasiyalar, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





