30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri isə Xocalı soyqırımıdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib:
"Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib. Bu cinayətlər həm dövlət, həm də fərdi qaydada məsuliyyət yaradır".
Milli.Az