Siyasət

Erkan Özoral: "Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir"

26 Fevral 2020 11:56
Baxış: 745

Tarixə qara gecə adı ilə düşən Xocalı soyqırımından 28 il keçməsinə baxmayraq, hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əskiklikdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı faciəsi abidəsini ziyarət edərkən deyib.

Səfir bildirib ki, Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir: "Hər zaman olduğu kimi, açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi, Azərbaycanın bu çətin günündə də yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.