"İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsinə kömək edə bilər" - Musa Qasımlı
Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərin inkişafı ölkəmizin bu qurumla münasibətlərinin genişlənməsinə də böyük kömək edə bilər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə millət vəkili Musa Qasımlı deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərinin bir neçə baxımdan mühüm əhəmiyyətə malik olduğunu deyən M.Qasımlı qeyd edib ki, bu səfər hər şeydən əvvəl Azərbaycanın xarici siyasətinin uğurlu səhifələrindən biridir.
Deputat İtaliya-Azərbaycan münasibətlərinin dərin tarixi köklərə malik olduğunu da nəzərə çatdırıb:
"Hələ orta əsrlərdə italyan səyyahları Azərbaycana səfərə gələrək ölkəmizlə maraqlanırdılar. 1918-1920-ci illərdə Azərbaycan və İtaliya arasında müəyyən münasibətlər qurulmuşdu. 1922-ci ilə qədər iki ölkə arasında siyasi-diplomatik əlaqələr bu və ya başqa səviyyədə mövcud olub. Sovet dövründə Azərbaycan SSR mərkəz vasitəsilə İtaliya ilə əlaqələr saxlayıb. Azərbaycanda istehsal olunan bəzi məhsullar İtaliyaya göndərilirdi, müəyyən mədəni əlaqələr var idi".
M.Qasımlı qeyd edib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə birbaşa, müstəqil əlaqələrin qurulması üçün imkanlar yaranıb.
Onun sözlərinə görə, heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərdə yeni səhifəni ümummilli lider Heydər Əliyevin İtaliyaya səfəri açıb: "Bu səfərdən sonra Azərbaycan-İtaliya münasibətlərinin hüquqi müqavilə bazası genişləndirildi və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirildi. Sonrakı dövrlərdə Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan-İtaliya münasibətləri tamamilə yeni səviyyəyə yüksəldi".
Bakı və Neapolun qardaşlaşmış şəhərlər olduğunu vurğulayan deputat bu gün Azərbaycan-İtaliya münasibətlərinin geniş perspektivlərinin olması qənaətində olduğunu da açıqlayıb.
M.Qasımlı əlavə edib ki, Prezident İlham Əliyevin Romada apardığı danışıqlar bu perspektivlərin mövcud olduğunu bir daha göstərir:
"Bu gün İtaliya dünyanın yeddi böyük ölkəsindən biridir və dünya siyasətində, iqtisadiyyatında çəkisi olan ölkədir. İtaliya Azərbaycanın ən mühüm ticarət ortaqlarından biridir. Bu səfər iki ölkə arasında münasibətlərin böyük potensialının və perspektivlərinin olduğunu göstərdi. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfəri ölkələrimiz arasında münasibətlərə yeni dinamizm verəcək və yeni potensialları üzə çıxaracaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva





