Siyasət

MSK 7 məntəqə üzrə səsvermənin nəticələrini ləğv etdi

17 Fevral 2020 16:47
Baxış: 3 026

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 34 saylı Xətai üçüncü seçki dairəsi üzrə müraciətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda müraciətə əsasən seçkilər zamanı pozuntulara yol verildiyi bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar zamanı şikayət qismən təsdiqini tapıb.

MSK üzvü İlkin Şahbazov həmin dairə üzrə 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermnin nəticəsinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.