Elxan Ələsgərov: "Yerevan beynəlxalq hüquqa hörmət etməlidir"
Fevralın 11-də Ermənistan XİN Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) istinad edərək növbəti dəfə Azərbaycanın guya beynəlxalq öhdəlikləri pozması və Ermənistan vətəndaşı Manvel Saribekyanın ölümünə görə məsuliyyət daşıması ilə bağlı ittihamlarla çıxış edib.
Yerevanın növbəti yalanının detallarına varmadan, qeyd edim ki, M.Saribekyan Azərbaycan ərazisinə göndərilmiş təxribatçı idi və onun ölümündə Bakıdan daha çox Yerevan təqsirkardır. Aydındır ki, M.Saribekyanın ölümü Ermənistan hakimiyyətini heç də maraqlandırmır və Bakının ünvanına səsləndirilən ittihamların arxasında adi siyasi məqsədlər dayanır. Maraqlısı odur ki, Ermənistan XİN-in bəyanatında M.Saribekyanın taleyi barədə heç nə deyilmir, sənədin əsas tezisi ondan ibarətdir ki, guya statusundan asılı olmayaraq Azərbaycan hakimiyyətinin nəzarətinə keçən hər bir erməninin həyatı təhlükə altındadır. Beləliklə, Ermənistan XİN AİHM-nin M.Saribekyanla bağlı qərar verməsi ilə "Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya bilməməsi" barədə yeni mif ortaya atır.
Qeyd etmək lazımdır ki, erməni ideoloqlar fərsiz strateqlərdir. Belə ki, AHİM-nin yurisdiksiyasını və M.Saribekyanla bağlı qərarın legitimliyini tanımaqla, Yerevan bu məhkəmənin digər qərarlarını, eləcə də BMT-nin dörd qətnaməsini tanımalıdır.
Birincisi, AİHM-nin daha əvvəl verdiyi "Çıraqov və digərlər Ermənistana qarşı" işi üzrə qərar bu günədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş ən vacib qərarlardandır. Qərarın xüsusiyyəti ondadır ki, bu, münaqişə ilə bağlı törədilən cinayətlərdə Ermənistanın təqsirkar hesab olunduğu ilk məhkəmə sənədidir. Dünyanın ən nüfuzlu məhkəmə orqanı olan AİHM Dağlıq Qarabağla bağlı qərar verdi və bu qərarda Azərbaycan ərazilərinin işğal faktı, Ermənistanın isə işğalçı ölkə olması təsdiqləndi.
İkincisi, AİHM-nin "Doğu Perinçek İsveçrəyə qarşı" işi ilə bağlı 2013-cü il 17 dekabr tarixli hökmünə əsasən Ermənistan qondarma "erməni soyqırımı" ilə bağlı birtərəfəli mülahizə tələblərindən imtina etməlidir. Avropa Məhkəməsi qərar verib ki, hüquqi müstəvidə təsdiq olunmuş Holokostdan fərqli olaraq "erməni soyqırımı" ilə bağlı iddialar tarixi səciyyə daşımır və tərəflərdən birinin uydurmasıdır. Ermənistanın "Doğu Perinçek İsveçrəyə qarşı" işi üzrə verilən qərarı, eləcə də yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarının təmin olunması ilə əlaqədar qərarı icra etmək niyyətinin olmaması Yerevan tərəfindən beynəlxalq hüququn qəbul edilməməsinin bariz nümunəsidir.
Rəsmi Yerevan M.Saribekyan barədə pafoslu açıqlamalar verərkən AİHM-nin digər qərarlarını da qəbul etməlidir.
Baku Network
Ekspert Şurasının direktoru
Fəlsəfə doktoru
Elxan Ələsgərov
Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı





