Siyasət

Gürcüstanlı müşahidəçi: Azərbaycan xalqı sakit səs verib

9 Fevral 2020 19:25
Baxış: 733

Azərbaycanda seçkilər sakit şəraitdə keçib.

Milli.Az bildirir ki, bunu Trend-ə Gürcüstandan olan müşahidəçi Eka Qulua deyib.

O bildirib ki, səhər saat 8-dən başlayaraq 7-8 seçki məntəqəsində olub:

"Xalq sakit səs verdi, hamı məmnun idi. Hər kəs deyir ki, hökumətdən məmnundur".

Onun sözlərinə görə, heç vaxt bu qədər demokratik seçkiqabağı mühit görməyib.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.