Siyasət

MSK Fərəc Quliyevə xəbərdarlıq edib

5 Fevral 2020 17:34
Baxış: 2 318

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən icasında 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynov, Etibar Əliyev və Orxan Kəngərlinin həmin dairədən qeydə alınmış digər namizəd Fərəc Quliyev ilə bağlı şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şikayətdə bildirilib ki, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quiyev isə bu iddianın əsassız olduğunu bəyan edib.

MSK-nın məsələ ilə bağlı qərarından şikayət qismən təmin olunub və F.Quliyevə xəbərdarlıq edilməsi təklif olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.