Siyasət

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

4 Fevral 2020 13:06
Baxış: 1 177

Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə parlament seçkilərinə hazırlıq prosesini izləməyə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, missiyaya Təşkilatın Baş katibinin müavini Şerali Conon rəhbərlik edir.

Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Bakıda və Abşeron yarımadasının digər yaşayış məntəqələrində, Sumqayıt, Şirvan şəhərlərində və ətraf ərazilərdə fəaliyyət göstərəcək.

Missiya fevralın 3-dən 10-dək fəaliyyətini davam etdirəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.