"Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir"
Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Radio France Internationale" radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, əməkdaşlıq üçün imkanlar mövcuddur:
"Avropada qaza tələbat artır və Azərbaycan qaz tədarükünə öz töhfəsi ilə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir, eləcə də öz iqtisadi inkişafına xidmət edir. Bu, qarşılıqlı səmərəli əməkdaşlıqdır".
H.Hacıyev əlavə edib ki, Azərbaycan 40 milyard dollar dəyərində "Cənub Qaz Dəhlizi"ni reallaşdırır və bunun vasitəsilə Azərbaycan qazı Xəzər dənizindən Avropaya çatdırılacaq:
"Bu dəhlizin marşrutu boyunca yeni iş yerləri yaradırıq, çiçəklənmə və əməkdaşlığı təmin edirik. Xəzər dənizindən Adriatik dənizinədək müxtəlif ölkələrdə 50 min yeni iş yeri yaradılıb. "Cənub Qaz Dəhlizi" alternativ enerhi ehtiyatı mənbəyi və alternativ enerji təchizatı marşrutudur".
O xatırladıb ki, Azərbaycan dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatına başlayıb:
"19-cu əsrin ortalarında Rusiya imperiyası dövründə Azərbaycanda ilk neft quyusu qazılmışdı və o gündən bəri Azərbaycan beynəlxalq bazarlara neft tədarük edir. Bu il biz nasizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Azərbaycan nefti İkinci Dünya müharibəsində nasizmlə mübarizədə həlledici rol oynayıb. Təsəvvür edin ki, Sovet ordusunda istifadə olunan neftin 75 faizi Bakıdan tədarük olunub".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
-
Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb
-
İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü
-
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi
-
Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Ayaz Qasımov 10 kiloqram arıqladı (Video)
-
Quzu əti niyə fərqli qiymətlərə satılır? (Video)
-
Birinci kurs tələbəsi dünyasını dəyişdi
-
Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi
-
İsti havalarda pomidorları tərs çevirin: Mütəxəssislərdən çağırış
-
Biləsuvarda zəncirvari qəza - bir nəfər ölüb
-
"Qarabağ"ın potensial rəqibi müəyyənləşib
-
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
-
Ayanın İstanbuldakı evi (Video)
-
Günün qoroskopu: Özünüzə qarşı anlayışlı olmağı öyrənin
-
David Nuriyev narkotik təbliğatına görə cərimələndi
-
“Zirə”nin rəqibi bəlli oldu
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Zelenski Hakan Fidanı ordenlə təltif edib (Foto)
-
“Ata-anam deyirdi hamı döyülə-döyülə arvad olur” - 14 il şiddət görən qadın (Video)
-
“Qarabağ” “Vestri”yə qarşı - Start heyətlər
-
Macarıstanda Siyarto barədə araşdırma aparılır
-
CENTCOM: ABŞ İrana yeni zərbələr endirib
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
-
İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı





