Fransa beyin mərkəzlərinin rəhbərləri Azərbaycanın xarici siyasəti və müasir inkişafı haqqında məlumatlandırılıb - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransaya səfəri çərçivəsində bu ölkənin qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb və "Azərbaycanın xarici siyasəti və müasir inkişafı" mövzusunda məruzə ilə çıxış edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, H.Hacıyev qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, iqtisadiyyat, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Ötən ay ölkəmizdə bələdiyyə seçkilərinin uğurla baş tutduğunu, fevralın 9-da parlament seçkilərinin keçiriləcəyini bildirən Prezidentin köməkçisi ictimaiyyət arasında seçkilərə böyük marağın olduğunu bildirib və seçki prosesinin azad, ədalətli keçirilməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayıb. O, bir sıra beynəlxalq təşkilatların müşahidə missiyalarının artıq Bakıda işə başladığını diqqətə çatdırıb.
Azərbaycanın çoxistiqamətli xarici siyasət yürütdüyünü bildirən Hikmət Hacıyev ölkəmizin xarici siyasətini formalaşdıran amillər və xarici siyasət prioritetləri barədə ətraflı danışıb. O, Azərbaycanın xarici siyasətdə kənarlaşdırıcı deyil, inklüziv yanaşmanı rəhbər tutduğunu bildirərək, bu gün Azərbaycanın dünya dövlətləri ilə faydalı əməkdaşlıq qurduğunu qeyd edib.
Prezident Administrasiyasının rəsmisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, iki ölkə arasında son dövrlərdə aparılan danışıqlar prosesi barədə də auditoriyanı məlumatandırıb. O, Ermənistanın işğala əsaslanan status-kvonu möhkəmləndirməyə çalışdığını və ziddiyyətli bəyanatlarla danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb.
Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edən Prezidentin köməkçisi hər iki tərəfin bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Mühazirədə, həmçinin Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri, habelə ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olması, bu il Azərbaycan qazının TANAP və TAP kəmərləri vasitəsilə Avropaya çatdırılacağı, o cümlədən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti barədə danışılıb.
Sonda H.Hacıyev tədbir iştirakçılarının müxtəlif mövzularda çoxsaylı suallarını cavablandırıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
XƏBƏR LENTİ
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi





