Azərbaycan-Fransa əlaqələrinin perspektivləri müzakirə edilib - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada işgüzar səfərdədir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Hikmət Hacıyev Fransa Prezidentinin siyasi məsələlər üzrə müşaviri Emmanuel Bon, Müdafiə nazirinin siyasi məsələlər üzrə müşaviri Ksaviye Şatel, Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni ilə görüşüb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev görüşlərdə iştirak ediblər.
Görüşlər zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib.
Hikmət Hacıyev Azərbaycan-Fransa əlaqələrinin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük rol oynadığını xüsusi vurğulayıb. O, son illərdə həyata keçirilmiş yüksək səviyyəli səfərlərin müsbət nəticələrini xatırladıb.
Görüşlərdə Azərbaycan ilə Fransa arasında ikitərəfli və regional çərçivədə əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib, ikitərəfli və çoxtərəfli formatda geniş potensialın mövcudluğu vurğulanıb. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fikir mübadiləsi aparılıb və ölkəmizin ədalətli mövqeyi bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
Qeyd edək ki, Avropa və Xarici İşlər Nazirliyində keçirilən görüşdə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti də iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
XƏBƏR LENTİ
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi





