Siyasət

Parlament seçkilərində iştirak üçün indiyə qədər neçə siyasi partiya namizəd irəli sürüb?

2 Yanvar 2020 15:21
Baxış: 711

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 19 siyasi partiya namizəd irəli sürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya 457 namizəd irəli sürüb. M.Pənahov bildirib ki, Azərbaycan Sosial Rifah Partiyası hələki namizədini irəli sürməyib.

Qeyd edək ki, indiyə qədər 20 siyasi partiyanın - Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, "Ana Vətən" Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Müasir Müsavat Partiyasının və Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.