Siyasət

MSK sədri: "Bütün dairə seçki komissiyaları hər bir vətəndaşın müraciətinə cavab verməlidir"

2 Yanvar 2020 15:15
Baxış: 665

Azərbaycanda bütün dairə seçki komissiyaları (DSK) parlament seçkilərində namizədliyini irəli sürmək istəyən hər bir vətəndaşın müraciətinə cavab verməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi yanvarın 10-u saat 18:00-a kimi davam edəcək. Həmin tarixə qədər müraciət edən hər bir vətəndaşın müraciətinə baxılmalıdır.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-na təyin edilib. 

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.