Siyasət

Şahin Əliyev: “Seçki Məcəlləsinə dəyişiklik təklifləri əsaslandırılmalıdır”

16 Aprel 2010 12:34
Baxış: 202
Bu bəyanatla Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev çıxış edib. Onun sözlərinə görə, rəsmi Bakı Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı ATƏT və Venesiya Komissiyası ilə əməkdaşlığa hazırdır: "Lakin tövsiyələr əsaslandırılmalı və seçki qanunvericiliyinin praktik tətbiqinin təhlili aparılmalıdır. Son zamanlar ATƏT tərəfindən səslənəndirilən təkliflərin təhlili yoxdur".

Şahin Əliyev bildirib ki, Seçki Məcəlləsinə, qəbul olunduğu 2003-cü ildən bəri 10 dəfə əlavə və dəyişiklik edilib: "Azərbaycan hökuməti ATƏT-in, Venesiya Komissiyasının tövsiyələrinin 90 faizinə qədərini Seçki Məcəlləsində tətbiq edib".

Qeyd edək ki, ATƏT və Avropa Şurasının Venesiya Komissiyası seçki komissiyalarının paritet əsasda formalaşdırılması, seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərin verilməsi və onlara baxılması mexanizmlərini tənzimlənməsi və digər məsələlərlə bağlı tövsiyələr edib.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.