MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (PAA DİMBİ) Bakı filialının əməkdaşları bələdiyyə seçkilərini müşahidə ediblər.
Təşkilatdan Milli.Az-a verilən məlumata görə, 30-a yaxın seçki məntəqəsində yerli müşahidəçi qismində Bələdiyyə seçkilərində səsvermənin təşkili və keçirilməsini müşahidə ediblər.
Müşahahidə aparılan seçki məntəqələrində heç bir qanun pozuntusuna rast gəlinməyib.
Milli.Az