MDB müşahidəçiləri Assambleyası Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb - FOTO

23 Dekabr 2019 19:44

MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (PAA DİMBİ) Bakı filialının əməkdaşları bələdiyyə seçkilərini müşahidə ediblər.

Təşkilatdan Milli.Az-a verilən məlumata görə, 30-a yaxın seçki məntəqəsində yerli müşahidəçi qismində Bələdiyyə seçkilərində səsvermənin təşkili və keçirilməsini müşahidə ediblər.

Müşahahidə aparılan seçki məntəqələrində heç bir qanun pozuntusuna rast gəlinməyib.

Milli.Az