Siyasət

Sabah 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək

22 Dekabr 2019 12:50
Baxış: 900

Sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Onun sözlərinə görə, ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir:

"Azərbaycanda mövcud olan 125 dairədən 7-si bu proseslərdə iştirak etmir, çünki bu dairələr Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan ərazilərdə yerləşir. Ümumilikdə bu 7 dairədən başqa, digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339 326 nəfərdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.