Siyasət

Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini ilə görüşüb

19 Dekabr 2019 23:04
0 Şərh     Baxış: 716

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıblar və birgə maraq doğuran sahələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı, həmçinin Azərbaycanla Aİ arasında yeni Saziş mətninin razılaşdırılması üzrə aparılan danışıqların cari vəziyyəti müzakirə edilib.

Jan-Kristof Belliard Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın mövcüd durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Naziri Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini və buna böyük əhəmiyyətin verildiyini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.