Siyasət

Prezident İlham Əliyev gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları imzalayıb

16 Dekabr 2019 20:58
Baxış: 2 105

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanunları imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilir.

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.