Siyasət

Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək

16 Dekabr 2019 09:57
Baxış: 1 412

Türkiyə Prezidenti "AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan yerli televiziya və radiolara müsahibə verərkən deyib: "Bu oyunlarla əlaqədar İlham Əliyev qardaşımla da danışdıq. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. İnşallah oraya gedəcəyik, iki matçı oradan izləyəcəyik. Əminəm ki, bu dəfə Türkiyə də qrupdan çıxacaq".

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin qrup oyunları gələn il iyun ayının 12-də start götürəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.