Milli Məclisə çevik düşünən, bütün müstəvilərdə dövlətin müdafiəsinə hazır olan millət vəkilləri gərəkdir - Arzuman Abdulkərimov
Milli Məclisin buraxılması haqqında qərar ölkənin ali qanununa tam uyğundur - dekabrın 4-də Konstitusiya Məhkəməsi ötən həftədən başlayan prosesə hüquqi qiymət verdi. Bugündən parlamentin yeni tərkibinin formalaşdırılması prosesini başlamış saymaq olar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ana Vətən Partiyasının sədr müavini, siyasi şərhçi Arzuman Abdulkərimov deyib.
Onun sözlərinə görə, sürətlə yenilənən ölkə gündəmini izlədikcə bəlli olur ki, Prezident İlham Əliyevin hakimiyyət vitrinini tamamilə dəyişmək niyyəti, bunun üçün ən radikal qərarlardan belə çəkinməməsi vətəndaşların idarəetməyə etimadını yüksəldib, gələcəyə inamını artırıb:
"İlin əvvəlindən sürətlənən və noyabrdan məntiqi nəticələrini verən islahatlar dövlət başçısı ilə xalq arasında bağları daha da möhkəmləndirib. Vətəndaş hakimiyyətdə kök salıb funksionallığını itirən, rəhbərlik etdiyi sahəni prezidentin islahat konsepsiyasına uyğunlaşdıra bilməyən, bununla da ətalət mühiti yaradan qurumların, şəxslərin səlahiyyətdən uzaqlaşdırılmasına birmənalı sevinir.
Bu gün ölkədə heç kəs şübhə etmir ki, Azərbaycan Respublikası yeni çağın tələblərinə uyğun, ölkənin qüdrətini artıran, potensialından daha effektiv yararlanmasını təmin edəcək yeni sistem quruculuğu sürəcinə qədəm qoyub".
A.Abdulkərimov qeyd edib ki, Milli Məclisin yeni tərkibi ilə bağlı gözləntilər çoxdan bəllidir: "Azərbaycan parlamenti ölkənin qanunvercilik bazasını gücləndirən, qanunlara təcrübənin tələb etdiyi dəyişiklikləri bir an belə yubatmayan, təşəbbüsçü, qəbul etdiyi qanunların vətəndaşın həyatına təsirini ardıcıl nəzarətdə saxlaya bilən effektiv quruma çevrilməli, bunun üçün Məclisə hər şeydən öncə dövlətçilik təfəkkürü olan vətənpərvər şəxslər seçilməlidir. Milli Məclisin zəifləmiş nüfuzunu yüksəltmək üçün ilk sırada öz deputat mandatına şəxsi biznesinin çətiri kimi baxanların ali qanunverici orqana yolunu kəsmək lazımdır. Azərbaycan cəmiyyəti artıq bu düşüncənin daşıyıcı olan şəxslərin deputatlığını qəbul etmək istəmir.
Sözsüz, həm içəridən, həm də ölkə xaricindən Azərbaycan hakimiyyətinin özünü yeniləmək təşəbbüslərinə qarşı çıxanlar olacaq. Belə təşəbbüsləri böyük ehtimalla həm seçkiyə qədər, həm də seçkidən sonra görəcəyik. Daxildə və xaricdə Azərbaycan iqtidarının əleyhinə köklənən qüvvələr seçki mühitinə etimadsızlıq yaratmağa çalışacaqlar, bunun üçün Azərbaycanın əlaltı dövlət olmasını istəyən qüvvələrlə işbirliyindən çəkinməyəcəklər. İçimizdəki sapı özümüzdən olan baltalar yenə işə düşəcək".
Siyasi şərhçi vurğulayıb ki, biz bu təşəbbüsləri cəmiyyətin birliyi, Prezident İlham Əliyevin başladığı islahat kursuna tam dəstəklə aşa bilərik: "Yeni tərkibdə təmsil olunanlar artıq keçmiş parlament kimi kənar təhdidləri qulaqardı edib susmağı yox, dövlətin, bütünlükdə hakimiyyətin, dövlətin simvolu olan dövlət başçısının ünvanına səslənən hər bir fikri şəxsi məsələsi kimi qəbul edib, dövlətçiliyə uzanan dillərə layiqli cavab verməyi seçməlidir. Milli Məclisə güclü iqtisadçılar, hüquqşünaslar, siyasətçilər gərək olduğu kimi, çevik düşünən, bütün müstəvilərdə dövlətin müdafiəsinə hazır olan millət vəkilləri gərəkdir.
Bu gün hər bir vətəndaşı özünü düşüncəsində yaratdığı və görmək istədiyi firavan, güclü, qalib, bütöv Azərbaycanın qurucusu kimi hiss etməli, dövlətin dayaqlarının möhkəmləndirilməsini özünün birinci vəzifəsi hesab etməlidir. Azərbaycan Respublikasını sivil, güclü dövlət kimi görmək üçün yola çıxan hər kəsə uğurlar!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar (Foto)
-
Prezidenti İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar (Foto)
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - (Foto)
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar (Foto)
-
Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı
-
Azərbaycan və Türkmənistan Prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər (Video/Foto)
XƏBƏR LENTİ
-
İmişlidə ticarət obyektindəki yanğın söndürüldü - Yenilənib
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar (Foto)
-
Prezidenti İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar (Foto)
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - (Foto)
-
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - Açıqlama
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar (Foto)
-
İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
-
Bakıda və rayonlarda hava kəskin dəyişir: Şimşək çaxacaq, dolu düşəcək
-
Narkotikin təsirində maşın sürən şəxs məsuliyyətə cəlb olundu
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər (Video)
-
Bakıda sirkə turşusundan zəhərlənən kişi ölüb
-
Azərbaycan Türkmənistandan nə alır və nə satır?
-
Azərbaycandan keçən növbəti yük Ermənistana yola salındı
-
Ağcabədidə yeniyetmə əmioğlular itkin düşdü
-
Dənizdə batan dörd gəncin hamısı bir-birilə yaxın qohum imiş
-
Sabunçuda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü
-
UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər
-
Motosiklet sürücüsü sürətli yolda uşağın həyatını təhlükəyə atdı - (Video)
-
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
Azərbaycan və Türkmənistan Prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər (Video/Foto)
-
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Füzulinin dağıdılmış yerlərinə baxıblar (Foto/Video)
-
Kamaləddin Qafarov: “Azərbaycan-Türkmənistan əməkdaşlığı yeni iqtisadi və siyasi dividendlər gətirəcək”
-
İranda uçuşlar dayandırılacaq
-
Bakıda həyət evi tikmək neçəyə başa gəlir? - ARAŞDIRMA





