Prezident İlham Əliyev: "Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq"
"Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq".
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Dilarə Seyidzadəyə "Şərəf" ordenini təqdim edərkən deyib.
Dövlət başçısı bildirib: "Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər.
Siz 1993-cü ildə Prezident Administrasiyasına ulu öndər Heydər Əliyev tərəfindən dəvət olunmusunuz. Demək olar ki, Heydər Əliyev Prezident kimi fəaliyyətə başlayandan dərhal sonra sizə bu böyük etimadı göstərmişdir və on il ərzində onun rəhbərliyi altında işləmisiniz. Yəni, siz 26 ildir Prezident Administrasiyasında çalışırsınız, onun 20 ilini katibliyin rəisi kimi. Ulu Öndərin sizə olan xoş münasibətini mən şəxsən bilirəm, bunun şahidi olmuşam. O, sizə çox inanırdı, güvənirdi və məhz buna görə sizə böyük vəzifəni etibar etmişdir.
Son 16 il ərzində biz birlikdə işləyirik. Mən də sizin işinizdən həmişə razı olmuşam. Siz çox məsuliyyətli, bilikli, peşəkar insan kimi ölkəmizin ümumi inkişafına böyük töhfələr vermisiniz. Bütün bunları nəzərə alaraq, mən sizi yüksək dövlət ordeni - "Şərəf" ordeni ilə təltif edirəm. Siz bu yüksək ordenə layiqsiniz. Bu orden sizin gördüyünüz işlərə dövlət tərəfindən verilən yüksək qiymətdir. İcazə verin, bu yüksək mükafatı sizə təqdim edim".
Daha sonra Dilarə Seyidzadənin fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib: "Əminəm ki, Siz çox gözəl tarixçi, ictimai xadim kimi bundan sonra da ölkəmizin ümumi inkişafına dəyərli töhfə verəcəksiniz və Azərbaycan tarixini, xüsusilə müasir tarixini olduğu kimi, bütün həqiqətləri tam təfsilatı ilə nəzərə alaraq həm ictimaiyyətə, həm də xüsusilə gənc nəslə çatdıracaqsınız.
Çünki mənim Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışım məhz böyük dərəcədə gənclərə verilən çox ciddi mesaj idi. Həqiqəti onlar olduğu kimi bilməlidirlər, bugünkü reallıqları qiymətləndirməlidirlər, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi tarixi xidmətləri bilməlidirlər. Biz hamımız o acı günləri yaxşı xatırlayırıq. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürürdü, ölkəmizin müstəqilliyi sual altında idi. Demək olar ki, Azərbaycan parçalanma ərəfəsində idi. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, biliyi, xalqın ona olan inamı, bizi bu ağır vəziyyətdən çıxardı və inkişaf yoluna qoydu.
Ona görə hesab edirəm ki, müasir tariximizlə bağlı daha böyük əsərlər yazılmalıdır, həm elmi əsərlər, həm publisistik əsərlər. Çünki buna böyük ehtiyac var. Xüsusilə ona görə ki, biz bu tarixi yaşamışıq, biz hamımız o tarixin şahidləriyik. Hesab edirəm ki, bu tarixi olduğu kimi çatdırmaq, onu bizim tarixlə bağlı kitablarda əks etdirmək böyük iş olar. Əminəm ki, Siz tarixçi kimi və Azərbaycan dövlətçiliyinin formalaşmasında önəmli rol oynamış insan kimi bundan sonra da öz elmi fəaliyyətinizdə bu işləri görəcəksiniz. Sizə cansağlığı və yeni uğurlar arzulayıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





