Tarix İnstitutunun direktoru: "Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır"
İşğal altında olan Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Küveytin vəqflər və islam işləri nazirliyinin nəzdində fəaliyyət göstərən "İslam Araşdırmaları və Quran elmləri" departamentinin direktoru, doktor Fəhd Əl-Canfavi ilə görüşündə deyib.
Y.Mahmudov deyib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər: "Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır".
Y.Mahmudov Azərbaycan ilə Küveytin dost və qardaş ölkələr olduğunu bildirib.
O deyib ki, Azərbaycanın xarici siyasətində islam ölkələri mühüm yer tutur: "Sovet dövründə Azərbaycan islam ölkəsi olduğu üçün çox ağır günlər yaşayıb. Sovet imperiyası Azərbaycanda islam dini ilə bağlı olan hər şeyi məhv etməyə çalışıb. O zaman məscidlər bağlanıb, görkəmli islam alimləri və din xadimləri məhv edilib, Qurani-Kərim tonqallarda yandırılıb. Bu qanlı tədbirlərə baxmayaraq xalqımız islamı qoruyub saxlaya bilib".
Görüşdə erməni vandalizmini özündə əks etdirən video-çarx nümayiş etdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı -
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü





