Əli Əhmədov: "Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır"
"Bizi narahat edən odur ki, Azərbaycanda bəzi qüvvələr tərəfindən siyasi proseslərdə normal seçki texnologiyalarından tamamilə fərqli formada istifadə etmək təcrübəsi yayılmağa başlayıb".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu YAP Sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon ərazi ilk təşkilat sədrlərinin müşavirəsində deyib.
Ə.Əhmədov bildirib ki, dekabrda növbəti bələdiyyə seçkisi keçiriləcək.
İcra katibi qeyd edib ki, bugünkü müşavirədə bələdiyyə seçkiləri ilə bağlı hazırlıq müzakirə olunacaq:
"YAP hər zaman seçkilərə yüksək səviyyədə hazırlaşır. İndiyə qədər qazandığımız qələbələr də bunun bariz nümunəsidir. Enyi zamanda, YAP qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. İnanırıq ki, bu seçki də YAP namizədlərinin qalib gəlməsi ilə başa çatacaq".
YAP icra katibi qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar siyasi həyatda bir canlanma müşahidə olunduğunu qeyd edib:
"Azərbaycan son illər böyük inkişaf yolu keçib. Həyatımızda böyük irəliləyişlər baş verib. Bu inkişaf prosesləri hər birimizin gözü önündə baş verib. Azərbaycanın inkişafını digər ölkələrin inkişaf templəri ilə müqayisə etsək, Azərbaycan ən sürətli inkişaf edən ölkələrdən biridir. Azərbaycan ən uğurlu gənc dövlətlərdən biri hesab olunur. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşması fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır. Xüsusən, ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir - (Foto)
-
Zəfər xronikası. 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
XƏBƏR LENTİ
-
Andlı-qanlı qardaşlar və çağırılmamış qonaq: husilər Körfəzi barışdırdı, İsraili süfrəyə gətirdi
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir - (Foto)
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)
-
Azərbaycanda hava kəskin dəyişir: FHN-dən xəbərdarlıq
-
Acunun “Hall Siti"sinin futbolçusunun maşını aşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
Döymə etdirən hər kəsdə müşahidə olunur: Alimlərdən xəbərdarlıq
-
Uzatma kabelləri tarixə qovuşur
-
Zəfər xronikası. 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Fəhlələr divarı sökərkən arxasından 500 illik ayaqqabılar çıxdı
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı - Siyahı
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib
-
Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
-
"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız





