Aleksandr Kupriyanov: "Azərbaycanda insanlar iş görürlər, sözləri havaya atmırlar"
Azərbaycanda tolerantlıq barədə az danışırlar, çox iş görürlər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində rusiyalı jurnalist, yazıçı, "Veçernyaya Moskva" qəzetinin baş redaktoru Aleksandr Kupriyanov deyib.
Bakıya səfərləri barədə danışan jurnalist Azərbaycan paytaxtından və insanların mehribanlığından heyranlıq ifadə edib:
"Sovet dövründə "Komsomolskaya pravda" qəzetinin müxbiri olaraq Bakıya ezamiyyətə gəlirdim. Bakı mənim üçün hər zaman cənub şəhəri, bir qədər dəlisov şəhər olub. 20 il sonra Polad Bülbüloğlu məni multikulturalizm məsələlərinə həsr olunmuş beynəlxalq konfransa dəvət etdi. Mən tamamilə fərqli bir şəhərə gəlmişdim. Bu, adi sahilyanı şəhər yox, yeni binaları olan işıqlı şəhərə çevrilmişdi. Fikirləşdim ki, bura Dubaya oxşayır".
A.Kupriyanov qeyd edib ki, bu səfərdən sonra o, gördükləri barədə istehzalı reportaj yazıb:
"Polda Bülbüloğlu həmin materialı Prezident Administrasiyasında nümayiş etdirib. Orada mətni Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstəriblər. Bundan sonra məni rus pravoslav kilsəsinin açılışı üçün Prezidentin qəbuluna dəvət ediblər. Bu səfər zamanı mən dostlarım, Yuli və Mixail Qusman qardaşlarının köməyi ilə Qubada dağ yəhudilərinin icmasıni ziyarət etdim. Bu səfərdən sonra mən reportajlar seriyası yazdım. Bu reportajlara görə mən Heydər Əliyev mükafatına layiq görüldüm. Mən o adamı şəxsən tanımamışam, amma onun keçirdiyi iclaslarda iştirak etmişəm. Əlbəttə, Heydər Əliyev mütəfəkkir idi. Bu müdrik, sakit adamı başqa kiminləsə müqayisə etmək çətindir. Mənim üçün bu mükafatın laureatı olmaq böyük şərəfdir. Həm də mənə bu mükafatı redaksiyam yox, Azərbaycan səfirliyindən təqdim ediblər. Sözün düzü, mən bu barədə heç nə bilmirdim".
Rusiyalı jurnalist Azərbaycanda multikulturalizm ənənələrini xüsusi qeyd edib:
"Bizim qərbli tərəfdaşlarımız tolerantlıq barədə, dünyanın necə dəyişməsi barədə danışanda, bu, başqa hekayədir. Azərbaycanda isə bu barədə az danışırlar, çox iş görürlər. "Multikulturalizm" adı verilən anlayış, orada fərqli növlərdə və vəziyyətlərdə mövcuddur. Orada həqiqətən də fərqli millətlərdən, hətta fərqli dinlərdən olan insanlar yan-yana yaşayır. Onlar təkcə mehriban və yanaşı yaşamır, həm də bir-birlərinə qonaq gedir, bir yerdə çox vaxt keçirir. Aydındır ki, məişət səviyyəsindən başqa, bunun əsasını təşkil edən dövlət siyasəti var. Bu, multikulturalizm siyasətidir. Bununla əlaqədar bədii sahədə də çox iş görülür: sərgilər, konsertlər. Açıq səma altında simfoniya musiqisi konserti çox gözəldir. Mədəniyyətlərin qarışmasının real təcəssümünü görmək olar. İnsanlar sadəcə iş görürlər, sözləri havaya atmırlar".
A.Kupriyanov, həmçinin dünyadakı qəliz informasiya dövrünə də toxunub:
"Mən təkcə qəzet və elektron KİV nisbətini nəzərdə tutmuram. İndi dəyərlər, prioritetlər və istiqamətlər dəyişir. Dünya heç vaxt birqütblü olmayacaq, həmişə çoxqütblü olacaq. Multikulturalizm ideyaları təşviq olunacaq. Jurnalistin əsas məqsədi yeniliyi görmək, həqiqəti deməyə çalışmaqdır. Həqiqi yol bizim bir-birimizlə birgə yaşayacağımız, söhbət edəcəyimiz, çay içəcəyimiiz, mübahisə edəcəyimiz, müxtəlif problemlərdən danışacağımız, dünyanın gələcəyi barədə düşünəcəyimiz yoldur. Jurnalistlər bilməlidir ki, biz bir media ailəsiyik. Dünyada bizdən də çox şey asılıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)





