Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir
Bu gün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasından 26 il ötür.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) 1993-cü ilin bu günündə yaranmışdı. Xidmət, birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.
Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir.
XDMX şanlı döyüş yolu keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak edib, qəhrəmanlıq nümunələri göstərib. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itgin düşüb, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanıblar. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olub. XDMX-nin hərbi qulluqçusu - Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin göstərilən fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Dövlət başçısının bu il avqustun 21-də imzaladığı sərəncamlara əsasən, bir nəfər general-leytenant, bir nəfər general-mayor ali hərbi rütbələri, iki nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 5 nəfər "Vətən uğrunda", 7 nəfər "İgidliyə görə", 1 nəfər "Tərəqqi", 24 nəfər isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif ediliblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
XƏBƏR LENTİ
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir





