İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat
Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bəyanatda qeyd edilir:
Mərkəzdən Trend-ə daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlər Təşkilatı 22 avqustu din və etiqad zəminində zorakılıq aktları qurbanlarının Anım Günü olaraq təsis edib: "İstənilən zəmində və müstəvidə baş verən zorakılıq hallarını qətiyyətlə pisləyərək, din və etiqad mənsubiyyəti əsnasında zorakılıqla üzləşən insanlara dəstək olur, onlarla həmrəyliyimizi bildiririk. Dini mənsubiyyət və etiqadına görə insanların bu və ya digər zorakılıq halları ilə qarşılaşmasını önləmək, qarşısını qətiyyətlə almaq məramı ilə dünyanın siyasi, ictimai, elmi və dini institutları ilə əməkdaşlıq etməyə, səylərimizi birləşdirməyə hazır olduğumuzu bəyan edirik".
Bəyanatda qeyd olunur ki, XXI əsrdə dini etiqada görə zorakılığa məruz qalma təhlükəsi sivil dünyaya başıucalığı gətirmir. Təbii insan haqlarından olan din, etiqad azadlığının təmin olunması olduqca mühümdür. Bu sahədə hər hansı zor, təhdid qətiyyən yolverilməzdir: "Biz insanların məscidlərdə, kilsələrdə, sinaqoqlarda, digər dini məbədlərdə ibadət zamanı terror edilməsi kimi hallar ikrah və hiddət doğurur. Misirdə qibti zəvvarlara təcavüz, Fələstin, Suriya, Əfqanıstan, Liviyadakı durum, Yeni Zelandiya, Şri-Lanka, Pitsburqda və digər yerlərdə dini məbədlərdə törədilən mənfur terror hadisələri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir.
Biz din və etiqad zəminində zorakılıq aktları qurbanlarını yad edərkən, bir məqamı nəzərdən qaçırmamalıyıq ki, bu hallar insan qırğını ilə yanaşı, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunur. Belə zorakılıq aktları insanlara fiziki zərbə ilə yanaşı, mənəvi zərbələr vurur, minilliklər ərzində formalaşmış dini-mənəvi irs abidələrini məhv etmək, mədəni ənənələri aradan qaldırmaq kimi məkrli niyyət güdür. Beləliklə, məhv edilən dini-mənəvi abidələr də din və etiqad zəminində zorakılıq aktlarınıın qurbanları kimi nəzərdən keçirilməlidir".
Bəyanatda vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş əzəli Azərbaycan torpaqlarında xalqımızın məhv edilən, siması dəyişdirilən dini mənəviyyat abidələri belə bir vandal münasibətlə üzləşib.
"Təəssüflər olsun ki, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlər çox vaxt nəzərə alınmır ki, bu da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açır. Məsələn, Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilir ki, bu da din və etiqad zəminində zorakılıq aktı kimi səciyyələndirilə bilər", - deyə bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, sülh və ədalətin təmininə xidmət edən dəyərlər sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur: "Bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var. Bu baxımdan, bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsi vacibdir.
Bütün dinlər zor və şiddətə yox deyir. Biz, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzinin üzləri dünyanın bütün siyasi və dini liderlərinə müraciət edərək, sülhün, sabitliyin qorunması naminə səylərini artırmağa, bu yolda dinlər, mədəniyyətlər arası əməkdaşlığın imkanlarından bəhrələnməyə çağırırıq. Bütün bu təzahürlərin aradan qaldırılması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığını vacib sayırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu





