Müxalifətimiz niyə dəyişmir?
Yalnız nəzəriyyələrdə və istəklərdə olan, ideal təsir bağışlayan müxalifət gerçəkdən də ölkə ilə cəmiyyəti sürətlə irəli apara biləcək ünsürlərdən birinə çevrilə bilərdi. Hazırda kədər və təəssüf hiss ilə Azərbaycandakı radikallaşmış, ifrat aqressiv, sistemsiz müxalifət görürük. "Bizə necə müxalifət gərəkdir?" sualını verməzdən əvvəl "Ümumiyyətlə, bizə müxalifət lazımdır?" sualına cavab aramalıyıq.
Çox sadə, lakin son illərdə unutduğumuz və nəzərə almadığımız həqiqət var.
Siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparmaq üçün gərək deyil. Onlar cəmiyyətdəki bütün qrupların, tabanların və qüvvələrin maraqlarının hakimiyyət tərəfindən nəzərə alınması üçün gərəkdir.
Vəziyyətə situativ nəzər salaq.
Ölkədə fermerlər, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımız və şirkətlər var. Onların maraqları yetərincə anlaşılandı: daxili bazarın ucuz idxaldan qorunması, dempinqə dövlət səviyyəsində yol verilməməsi, ixracatın təşviq edilməsi, yanacaq-sürtgü materiallarına, texnikaya və gübrələrə adekvat qiymətlər, ucuz kreditlər, texnikanı sərfəli qiymətdə almaq və s.
Azərbaycanda neft-qaz istehsalı və emalı müəssisələri də var. Onlar istəyirlər ki, mazut və benzin istehsalı rentabelli olsun. Dövlət kənd təsərrüfatı istehsalçılarının, fermerlərin, kəndlilərin maraqlarını nəzərə alaraq mazut və benzin istehsalçıları ilə satıcılarına qarşı qiymətlərdə inzibati metodlar tətbiq edərsə, onlar zərərə işləyəcək, büdcədən subsidiyalara ehtiyac duyacaqlar.
Belə qruplar çoxdur: fermerlər, neftçilər, hərbçilər, metallurqlar, təqaüdçülər, tələbələr, evdar xanımlar, veteranlar və s. Onların hər birinin öz maraqları var.
Mövcud hakimiyyətə nəzər salaq. Fərz edək ki, önəmli qərar qəbul olunur: məsələn, metallurqlar vadar olunur ki, onlar istehsal etdikləri armaturu ölkənin daxili bazarında ucuz qiymətə satmalıdır. Bu qərar inşaat sektoruna ciddi təkan verəcək. Amma metallurgiya sektorunun gəlirlərini xeyli azaldacaq.

Deməli, hakimiyyət metallurqların itkilərini kompensasiya etməyin yollarıın aramalıdır. Dərhal yox, bir müddət sonra, böhran başa çatanda. Metallurqların maraqları sürəkli olaraq nəzərə alınmazsa və qulaqardına vurularsa, onlar müxalifətə keçəcək, radikallaşacaq və hakimiyyətin devrilməsinə çalışacaqlar.
Bu, nəzəriyyədə belədir.
Azərbvaycanın radikal müxalifətinin çağırışlarında, AXCP sədri Əli Kərimli, Müsavatın təsərrüfat sədri Arif Hacılı və ya "Milli Şura" adlı tragikomediyanın "lider"i Cəmil Həsənlinin sosial şəbəkələrdəki səhifələrində, müsahibələrində və açıqlamalarında həvəslə yaratdıqları virtual "yeni, demokratik cəmiyyət"də bəhs etdiyimiz metallurqlardan danışılarsa, poladəritmə zavodunun direktorunun mövqeyi və maraqları həmin zavodda köhnə, sınıq detalların yığıldığı anbarın keşiyini çəkən mühafizəçinin mənafeyindən üstün deyil.
Real həyatda təbii ki, hər şey fərqlidir. İstənilən qərar qəbul olunanda vətəndaşların maraqları nəzərə alınır, amma o vətəndaşlardan ibarət qrupların mənafeləri də unudulmur.
Kobud hesablamalara varsaq, yetkinlik yaşına çatmamış və təqaüdçü olan vətəndaşlarımızın ümumi siyasi çəkidəki tutumları 20 faizdən artıq deyil. Yerdə qalanlar bəhs etdiyimiz qruplardır ki, onların da maraqları mütləq nəzərə alınmalıdır.
Demokratik cəmiyyətin prinsipləri bunu tələb edir.
Azərbaycandakı radikal müxalifət isə az qala kütləvi edamlar istəyir: onlar "xalqın maraqları"ndan çıxış etdiklərini iddia edirlər, halbuki xalqdan çox uzaqdırlar. Xalq onlardan uzaq olduğu kimi.

Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli hakimiyyətə gəlmək istəyirlər. Amma onlar hələ hakimiyyət olmamış hakimiyyətin devrilməsinin əsasını qoyacaq qəddarlıq, barışmazlıq, qisasçılıq və qeyri-peşəkarlıq nümayiş etdirirlər.
Belə marginalların yolu dalandır. "Xalq" desələr də, xalqın maraqlarını heçə sayan, şəxsi və korporativ mənafelərini hər şeydən üstün tutanlar hələ "Məhsul"da vaxt keçirib sosial tüfeyliliklə məşğul olsalar da, artıq onlara qarşı sərt müxalifət var.
Müxalifətə müxalifətin formalaşmasının əsas səbəbi də elə budur.
Xaricdən maliyyələşmələri barədə deyilənləri qətiyyətlə inkar edən bu adamlar "Bizim nə resursumuz var ki?!" söyləyirlər.
Yalan danışırlar - həmişə olduğu kimi.
Onların inzibati resursları olmasa da, sosial şəbəkələrdəki fəallıqlarının səbatlı maliyyə əsasları var. Əks təqdirdə həmin adamlar sosial şəbəkələrdən sadəcə, tribuna qismində istifadə etdiklərini vurğulayaraq hər gün sanki rejimdə imişlər təki sürəkli statuslar paylaşmazdılar, YouTube-dakı kanallara müsahibələr verməzdilər, Facebook və Skype vasitəsilə canlı bağlantılara qoşulmazdılar.
Onlar ictmai fikrə təsir etməyə çalışır, bu minvalla hakimiyyətə pressinq vasitəsinə yiyələnməyə can atırlar.
Onlar yaxşı anlayırlar ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin hakimiyyətinin iki güclü mənbəyi var.
İlk mənbə xalqın iradəsi, seçimi və etibarıdır. Xalq prezidentini tam dəstəkləyir.
İkinci mənbə isə çoxillik idarəetmə təcrübəsidir ki, bu illər ərzində Azərbaycanda güclü hakimiyyət vertikalı qurulub, fəaliyyət göstərir.
Azərbaycanın sərvətləri və resursları çoxdur. Bu səbəbdən ölkəyə tamah salan güclər ölkədəki kollaborasionistlər, "beşinci kolon" vasitəsilə mövqelərini möhkəmləndirməyə planlarını gerçəkləşdirməyə çalışırlar.
Ölkədəki radikalların çağırışlarına hətta protest elektoratı belə, inanmırsa, bu adamların nəsibi gerçəkdən də, zavallılıqdı.

Yerli radikalları bəsləyənlər onu da bilirlər ki, dövlət başçısı nə qədər uzun müddət hakimiyyətdə qalırsa, onun idarəetmə sistemi o qədər güclü olur. Məhz bu səbəbdən ABŞ almanların Angela Merkeli dördüncü dəfə baş nazir seçmələrinə ağız büzmədilər. Çünki Merkel Vaşinqtondakı güc mərkzələri üçün "öz adamımız" təki dəyərləndirilir. Amma Azərbaycan üçün belə praktika "yolverilməz" sayılır. Şərq və Qərbdə, Şimal və Cənubda çox mərkəzlər Azərbaycanın müstəqil siyasətindən narazıdır.
Onlar rəsmi Bakını üzüyola, sakit, cılız və qorxaq görmək istəyirlər.
Bu səbəbdən də özlərini liberallar adlandıran kompradorlar fəallaşıblar.
Lakin onların niyyətləri baş tutan deyil.
Səbəb sadə: xalq prezidentini dəstəkləyir, dövlət başçısı da xalqa inanır, güvənir və ondan güc alır.

Əlaqə qarşılıqlıdır: inkişaf edən, önündə böyük məqsədləri olan, hədəflərini bəlirləmiş normal cəmiyyətdə olduğu kimi.
Olmalı kimi.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
XƏBƏR LENTİ
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
-
“Pizza Hut”ın qurucusu vəfat etdi - (Foto)
-
Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu - təfərrüat - (Foto)
-
Mourinyo Flikə qarşı
-
Astarada ağır qəza - xəsarət alan var
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Messi yenidən Argentinada oynayacaq
-
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - Yenilənib
-
Yeni qaydalar ətin qiymətini bahalaşdıracaq? - Ekspertdən açıqlama
-
Test ləğv oluna, yeni modelə keçilə bilər
-
Aleks de Souza "Seara"nın baş məşqçisi oldu
-
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Valeh Ağayev vəfat etdi
-
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - (Video)
-
“Buralar” layihəsinin ilk filmi -“Şamaxı” təqdim olunacaq - (Video)





