Çingiz Abdullayev: "İstəyirəm ki, Bakı daha da gözəlləşsin və dünyada birinci şəhər olsun" - VİDEO
"Şərəf" ordeni ilə təltif edilməyim yaradıcılığıma verilən böyük qiymətdir".
Milli.Az xəbər verir ki, "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev deyib.
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Abdullayevi Azərbaycan ədəbiyyatının inkişafı və təbliğindəki xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif etdi. Biz bir daha dövlətimzin yazıçılara, sənət adamlarına göstərdiyi diqqət və qayğının nümunəsini gördük. Bu günlərdə 60 yaşını qeyd edən Xalq yazıçısı Ç.Abdullayevlə görüşüb söhbət etdik, yaradıcılıqdan, həmçinin Prezidentimizin ədəbiyyata verdiyi böyük önəmdən danışdıq:
"Bu fərman çıxanda, mən belə böyük mükafatla təltif ediləndə çox sevindim. Mən hesab edirəm ki, bu, yaradıcılığıma verilən böyük qiymətdir. Hörmətli Prezidentimiz İlham Əliyevə çox böyük minnətdarlığımı bildirirəm. Mən Azərbaycanda nə qədər orden, mükafat almışam - "Xalq yazıçısı", "Şöhrət" ordeni almışam, "Şərəf" ordeni almışam, "MDB ölkələrinin ulduzu"nu almışam. Mən hesab edirəm ki, bu avansdır. Bunu mənə verirlər ki, daha yaxşı, daha peşəkar yazım, Azərbaycanı dünyada daha yaxşı təmsil edim və həmişə ölkəmizin mövqeyini müdafiə edim".
Dünya şöhrətli yazıçı Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi inqilabi islahatlara, insanların rifahi üçün atılan addımlara, vətəndaşların bütün kateqoriyalarına göstərilən dövlət qayğısına ziyalı mövqeyini bildirib:
"Görün, bu bir ildə nə qədər dəyişikliklər olub. Hələ yalnız kreditləri götürək. Mən bilirəm ki, Yazıçılar İttifaqında 1843 üzv var və bizdə nə qədər texniki işçilər var. Bilirəm ki, neçə adamın kredit problemi olub. Dövlət başçısı bunu ləğv elədi. Burada nə qədər adama kömək etmişik. Axırıncı sərəncamı bəlkə siz xatırlamırsınız, amma mən xatırlayıram - ölkədə fəaliyyət göstərən bütün yaradıcılıq təşkilatlarına vəsait ayrıldı. Biz Yazıçılar İttifaqı olaraq bu vəsaitlə kitab çap edirik, ehtiyacı olan yaradıcı insanlara, xəstələrə kömək edirik, bu vəsaitdən mükafatlar veririk. Bu baxımdan sosial siyasət son bir ildə çox dəyişib və mən bunu 100 faiz dəstəkləyirəm. Və hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva çox düz xətlə, mövqe ilə gedirlər və biz hamımız onlara kömək eləməliyik. Birinci vitse-prezident Mehriban Əliyevanın nə qədər kömək etdiyini deməsəm, düz olmaz. Mehriban xanım da nə qədər yazıçıya kömək edib, nə qədər bizim məsələmizi həll edib. Mən yalnız deyə bilərəm ki, o ölkələrdə ki dövlət başçısı, məmurlar mədəniyyətə, elmə, təhsilə diqqət ayırır, həmin xalqlar, dövlətlər inkişaf edir".
Daha sonra xalq yazıçısı deyib: "Bu gün nə qədər gözəl layihələr həyata keçirilib, Bakı nə qədər gözəlləşib. Bunu kiminsə xoşuna gəlmək üçün demirəm. Və bura gələn insanlar ki, Bakıda 20-30 il bundan qabaq olmuşdu, heç inanmırlar ki, şəhər belə dəyişib, belə gözəlləşib. Mən buna sevinirəm və istəyirəm ki, Bakı daha da gözəl olsun və ümumiyyətlə, dünyada birinci şəhər olsun".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?





